Saakaşvili özəl klinikaya köçürüləcək

  • By admin
  • 10 May 2022 15:42

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili saxlanıldığı həbsxanadan tibbi müayinələr üçün özəl klinikaya köçürüləcək.

Gununsesi.info  “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Ədliyyə Nazirliyi yayıb.

Xatırladaq ki, Gürcüstanın eks-Prezidenti ötən il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aclıq aksiyasından sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü.

Saakaşvili fevralın 21-də müddətsiz aclıq aksiyasını təkrarlamışdı.

Gürcü siyasətçi ötən həftələrdə məhkəmə prosesi zamanı qeyd edib ki, özündə zəiflik hiss edir, qida qəbul edə bilmir və son bir neçə gün ərzində 12 kiloqram arıqlayıb. Məhkəmə prosesinin başlamasından 5 dəqiqə sonra Saakaşvili öz çıxışını yarıda kəsib və həkim yardımı tələb edib.

Qeyd edək ki, Saakaşvili 6 il müddətinə həbs olunub.