Saakaşvili Rustavi həbsxanasından gürcülərə səsləndi

  • By admin
  • 31 Dekabr 2021 09:08

“Mən bundan qətiyyən qorxmuram, əksinə, mübarizəmin sevinci və qələbəyə inamım artır”.

Gununsesi.info xəbər verir ki, bu sözlərlə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili Rustavi həbsxanasına köçürülməsindən sonra əhaliyə ilk müraciətdə ifadə edib.

“Mənə görə narahat olmayın. İndi əsas olan birlik və həlledici hücuma hazırlıqdır. Bu hücumun vaxtı tezliklə gələcək.

Mənə gəlincə, Qorinin “reabilitasiyası” zamanı aldığım travmaları tezliklə sağaldacağam və daha da böyük enerji ilə sağala biləcəyəm, amma yenə də çox güclü və nikbinəm”, – M.Saakaşvili qeyd edib.

Gununsesi.info