Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin sabiq qubenatoru Mixeil Saakaşvilinin tərəfdarları Kiyevdə mərkəzi parkların birində mitinq keçirib.
Gununsesi.info xəbər verir ki, aksiyaya yığılan 200-ə yaxın etirazçı prezident Pyotr Poroşenkonun, baş prokuror Yuri Lutsenkonun istefaya yollanmasını və antikorrupsiya məhkəməsinin yaradılmasını tələb ediblər.
Mitinqin keçirilidyi ərazi polis tərəfindən əhatəyə alınıb.
Qeyd edək ki, bir müddət əvvəl Kiyevdə M.Saakaşvili tərəfdarları ilə polis arasında toqquşmalar qeydə alınmışdı.
Gununsesi.info