Saakaşvili tərəfdarları seçkilərin nəticələrinə etiraz edir

  • By admin
  • 09 Oktyabr 2016 10:05

saakashvili

Gürcüstanda parlament seçkilərinin ilkin nəticələrinə görə hakim “Gürcü arzusu” partiyasına məğlub olan Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası MSK binasının qarşısında etiraz aksiyası keçirir.  

Gununsesi.info“RİA Novosti”yə istinadən xəbər verir ki, “Vahid Milli Hərəkat” partiyasının üzvləri və tərəfdarları MSK-nın qarşısına toplaşıb. Binanın mühafizəsi gücləndirilib, patrul polisindən başqa əraziyə xüsusi təyinatlılar cəlb olunub.

Etirazçılar və polis arasında qarşıdurma baş verməyib.

“Biz MSK-nı xəbərdar etmək istəyirik ki, gürcü seçicilərin iradəsinə qarşı çıxış etməsinlər və reallığı əks etdirən göstəriciləri qeydə alsınlar” – deyə, partiya üzvü Levan Tarxnişvili “Rustavi-2” telekanalına müsahibəsində bildirib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkilərində məntəqələrin 21,99 faizi üzrə hesablanmış bülletenlərin nəticəsinə görə, hakim “Gürcü arzusu” partiyası səslərin 52,67 faizini, eks-prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası isə 24,85 faizini toplayıb.

Gununsesi.info