Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin məhkəməsi gələn həftə Tbilisi Şəhər Məhkəməsində keçiriləcək.
Gununsesi.info xəbər verir ki, bu barədə eks-prezidentin vəkili Şalva Xaçapuridze bildirib.
Məlumata görə, hakim Giorgi Arevadze həbsdə olan Saakaşvilinin cəzadan azad edilib-edilməməsi və müalicəyə buraxılıb-buraxılmaması barədə qərar verəcək.
“Mixail Saakaşvilinin vəziyyəti ağırdır, bunu məhkəmənin tibbi ekspertiza rəyi də təsdiqləyir. Biz məhkəmə ilə əlaqə saxlamışıq. Onlar Saakaşvilinin şəxsi işini və xəstəlik tarixçəsini xüsusi cəzaçəkmə müəssisəsindən istəyiblər və müvafiq olaraq, məhkəmə prosesi bu həftə təyin olunacaq”,- vəkil Şalva Xaçapuridze deyib.
Gununsesi.info