Saakaşvili zəhərlənməsindən DANIŞDI

  • By admin
  • 05 Mart 2023 11:34

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili səhhəti ilə bağlı yeni açıqlama verib.

Gununsesi.info Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Saakaşvili həbs müddətində çəkisinin 55 kiloqram azaldığını deyib.

Beyninin zədələndiyini söyləyən eks-prezident vəziyyətinin ağır olduğunu diqqətə çatdırıb. O, səbəbin zəhərlənmə olduğunu və özünü çox pis hiss etdiyini əlavə edib.

“İndi tam yataq xəstəsiyəm, hərdən bayılıram”, – deyə Saakaşvili bildirib.

Qeyd edək ki, Saakaşvili Ukraynadan Gürcüstüna qayıtdığı 2021-ci ilin oktyabr ayından bəri həbsdədir. O, dəfələrlə aclıq aksiyası keçirib. Səhhətində ağır problemlər yaranan eks-prezident bir müddət əvvəl müalicə müəssisəsinə köçürülüb.

Gununsesi.info