Saakaşvilidən çağırış: “Gəlin İvanaşviliyə qarşı birləşək”

  • By admin
  • 09 Aprel 2018 14:53

“İvanişvili Gürcüstanın düşmənidir, o artıq dövləti uçurum həddinə çatdırıb”. Gununsesi.info xəbər verir ki, sabiq prezident Mixail Saakaşvili bütün Gürcüstan müxalifətinə müraciət edərək hakim Bzidna İvanişvilinin yaradıcısı olduğu “Gürcü arzusu- demokratik Gürcüstan” pariyasına qarşı birgə mübarizə aparmaq üçün birləşməyə çağırıb.
Bu barədə öz feysbuk səhifəsində məlumat yerləşdirən M. Saakaşvili B. İvanişvilini ölkənin düşməni adlandırıb: “İvanişvili Gürcüstanın düşmənidir və hazırda Gürcüstan bir dövlət olaraq məhvolma ərəfəsindədir. Ona görə də bütün müxalifət qüvvələrə çağırış edərək deyirəm ki, nə qədər gec deyil birləşək. Hələ vaxt var. Bütün fikir ayrılıqlarını bir kəanara ataraq birləşək, əgər belə olarsa, ilin sonunda böyük dəyişikliklər olacaq və Gürcüstan sürətlə boşalmadan, xəritədən silinərək məhv olmaqdan xilas olacaq. Bu təhlükə realdır”.
Qeyd edək ki, bir müddət öncə Mixail Saakaşvili Gürcüstana qayıtmaq arzsunda olduğunu da deyib.

Gununsesi.info