Saakaşvilidən klinika direktoruna təcili MÜRACİƏT

“Həyatım açıq-aydın təhlükədədir, sizi həyatımı və sağlamlığımı riskə atmamağa çağırıram, həkimə mənə birdəfəlik tibbi xidmət göstərməyə icazə verin”.

Gununsesi.info xəbər verir ki, bu sözlərlə Gürcüstanın üçüncü Prezidenti Mixail Saakaşvili “VivaMed” klinikasının baş direktoruna müraciət ünvanlayıb.

HTML tutorial

Məlumata görə, Mixail Saakaşvilinin sözügedən müraciətdə qeyd etdiyi kimi, onun həyatı klinika direktorunun qərarından asılıdır.

“Həkimə mənə birdəfəlik tibbi xidmət göstərmək imkanı verin, qanunla verilmiş hüququmdan istifadə etmək imkanı verin. Xahiş edirəm bu gün mənə cavab verin, mənim həyatımı xilas etmək sizin qərarınızdan asılıdır”, – deyə Mixail Saakaşvili yazıb.

Gununsesi.info