Saakaşvilidən yeni vəzifəsində ilk açıqlama

  • By admin
  • 08 May 2020 09:20

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukrayna Prezidenti Vladimir Zelenskinin onu İslahatların İcraiyyə Komitəsinin rəhbəri vəzifəsinə təyin etməsini qeyri-adi addım adlandırıb.

Gununsesi.org “Lenta.ru”ya istinadən bildirir ki, bu barədə o, Feysbuk hesabında yazıb.

Saakaşvilinin sözlərinə görə, onun təyinat alması faktı göstərir ki, Zelenski qeyri-adi addımlar atmağa hazırdır. Odessanın keçmiş qubernatoru hesab edir ki, Prezidenti onu vəzifəyə təyin etməsi ilə bağlı qərarından daşındırmaq istəyənlər Ukraynada status-kvonun qalmasının tərəfdarıdır. Saakaşvili əlavə edib ki, Zelenski radikal islahatlar və dəyişikliklər etmək niyyətindədir.

Xatırladaq ki, mayın 7-də Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukraynada İslahatların İcraiyyə Komitəsinin rəhbəri vəzifəsinə təyin edib. Bundan əvvəl Saakaşvilinin Ukraynada Baş Nazirin islahatlar üzrə birinci müavini vəzifəsinə gətirilməsi planlaşdırılırdı. Ancaq rəsmi Tbilisinin etirazından sonra bu plan baş tutmadı.

 

 

Gununsesi.org