Saakaşvilidən hökumətə ÇAĞIRIŞ

  • By admin
  • 22 Sentyabr 2022 10:10

“Hazırda Rusiyadan xarici ölkələrə uçuşlar üçün bütün biletlər satılıb. Rusların Gürcüstana axını da istisna deyil. Gürcüstanın da sərhədi ruslar üçün tamamilə bağlaması vacibdir. Əks halda, bunun fəsadları çox ağır ola bilər”.

Gununsesi.info məlumat verir ki, bu sözlərlə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili hazırkı hökumətə açıq məktub ünvanlayıb.

O, Rusiya Prezidentinin qismən səfərbərlik elan etməsi məsələsinə də toxunub:

“Birmənalı olaraq deyə bilərəm ki, Rusiya heç 30 min nəfəri də səfərbər etməyi bacarmayacaq. Hər şey ortadadır və baş verənlər bu cür düşünməyə əsas verir”.

Gununsesi.info