Saakaşvilini bilərək öldürürlər - AĞIR METAL İLƏ ZƏHƏRLƏNƏN SABİQ PREZİDENTİN MÜALİCƏSİ DƏ SƏHV APARILIR

  • By admin
  • 24 Dekabr 2022 10:15

Artıq 2 ilə yaxındır Gürcüstanda həbsdə saxlanılan Mixeil Saakaşvilinin aparılan müstəqil toksikoloji müayinəsinin nəticələri açıqlanıb.
Gununsesi.info tanınmış uzman doktor Vasif İsmayılın həmin nəticələrlə bağlı şərhini təqdim edir:

-Saakaşvili müəyyən edilməmiş ağır metal ilə zəhərlənib

-Saakaşviliyə lüzumsuz dərman istifadəsi ilə (polipharmacy) immun sistem və orqanizmin bərpası qəsdən, ya da bilmədən gecikdirilir

-Saakaşviliyə uyğun olmayan tərzdə narkotik dərmanlar verilərək gələcəkdə sağalması çətinləşdirilir

-Saakaşvilidə qurulmuş müalicə sxemi beynin ön alın nahiyyəsində artıq GERİLƏMƏ ilə NƏTİCƏLƏNMİŞDİR

Ön alın payı zədələnmiş insan aqressivləşir, ətraf mühitlə uyumu çətinləşir, konstruktiv davranış itir.

Bir zamanalar SSRİ Psixiatrlar Assosiasiyasını dünya psixiatrlarının təşkilatlarından beyin qabığını dağıdan dərmanların istifadəsinə görə qovmuşdurlar.

Ekspertin rəyinə dayanaraq Saakaşvilini öldürmək, ən azından əqli fəaliyyətini ciddi şəkildə gerilətmək üçün ardıcıl, məqsədyönlü iş aparıldığını söyləmək olar.

MƏTLƏB
Gununsesi.info