Saakaşvilini yalnız əfv xilas edə bilər - Vəkildən AÇIQLAMA

  • By admin
  • 02 Oktyabr 2021 10:46

“Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini yalnız əfv xilas edə bilər”.

Gununsesi.info Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Mixail Saakaşvilinin vəkili Beka Basilaya məlumat verib.

O, Gürcüstan Prezidenti Salome Zurabişvilinin Saakaşvilini əfv etməyəcəyinə dair bəyanatını da xatırladıb və qeyd edib ki, sabah vəziyyət dəyişə bilər. Onun fikrincə, sabiq prezidentinin taleyi siyasi iradədən asılıdır: “Gürcüstanda bu gün keçiriləcək yerli özünüidarəetmə orqanlarına seçkilərin nəticələri prezidentin qəti qərarına təsir edəcək”.

Saakaşvilinin Ukraynaya ekstradisiyası haqqında danışan vəkil vurğulayıb ki, bu prosedur uzun vaxt aparır. Bundan başqa, Ukrayna hakimiyyəti hələ Gürcüstana bununla bağlı müvafiq sorğunu göndərməyib.

Gununsesi.info