Saakaşvilinin anasından Zelenskiyə müraciət: OĞLUMU ÖLDÜRÜRLƏR

  • By admin
  • 04 Noyabr 2021 21:09

Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvilinin anası Qiuli Alasaniya Ukrayna dövlət başçısı Vladimir Zelenskiyə müraciət ünvanlayıb.

Gununsesi.info xəbər verir ki, Alasaniya oğlunun Ukraynaya ekstradisiya edilməsini Zelenskidən xahiş edib.

“Oğlumu gözlərim önündə öldürürlər. Zelenskiyə müracət etmək istəyirəm. O, əvvəllər bizə xeyli yardım edib. Lakin indi bizə onun dəstəyi və köməyi xüsusilə gərəkdir. Hərm hansı formada Mixaili bura, Ukraynaya gətirmək lazımdır. O, burada xüsusi müalicə olunmalıdır ki, yaşasın”, – deyə Saakaşvilinin anası bildirib.

Gununsesi.info