Saakaşvilinin bu deputat xanımdan uşağı doğulub

  • By admin
  • 02 İyun 2023 23:59

Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvildən uşaq dünyaya gətirdiyini açıqlayıb. 

Gununsesi.info bildirir ki, deputat bu barədə sosial şəbəkədə yazıb.

“Heç vaxt təsəvvür edə bilməzdim ki, Ukrayna üçün mürəkkəb bir zamanda doğulacaq, körpənin atası yanımızda azadlıqda olmayacaq. Çox mühüm anlarda biz bir yerdə olmağı planlaşdırmışdıq. Övladım məhəbbətimdir”-deyə Yasko yazıb.

Deputat uşağın nə zaman doğlulduğunu, ad və cinsini bildirməyib.

Qeyd edək ki, Saakaşvili 2021-ci ilin oktyabrında Ukrayna parlamentinin deputatı Yelizaveta Yasko ilə sevgi münasibətində olduğunu açıqlamışdı.

Mixeil Saakaşvili 2022-ci ildən Gürcüstanda həbsxanadadır.

 

Gununsesi.info