Saakaşvilinin dövründə Gürcüstanda demokratiya olmayıb

  • By Günel
  • 10 Fevral 2025 21:27

“2004-cü ildən 2012-ci ilədək Gürcüstanda demokratiya olmayıb. Baxmayaraq ki, Saakaşvili hökuməti demokratik idarəçiliyin ən yaxşı nümunəsi kimi xarakterizə edilirdi. Keçmiş hakimiyyətin dövründə gürcü xalqına qarşı çoxsaylı cinayətlər törədilib”.

Gununsesi.info Teleqraf – a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze İsveçrənin “Die Weltwoche” nəşrinə müsahibəsində deyib.
O bildirib ki, Gürcüstanın hazırkı hökuməti 2012-ci ildən demokratiya uğrunda mübarizə aparır.
“Demokratiya daim təhlükə altındadır və biz mübarizə aparmalıyıq. Bu vaxta qədər demokratiyanı uğurla müdafiə edə bilmişik”, – baş nazir qeyd edib.
İ.Kobaxidze, həmçinin deyib ki, Gürcüstan hökuməti 2022-ci ildən ölkədə müharibəyə yol verməmək üçün gərgin mübarizə aparır.
“1990-cı ildən sonra, sovetlər dövrünün süqutundan sonra Gürcüstanın ən müasir tarixində sülhü qoruyub saxlaya bilən ilk hökumət olduq. 1990-cı ildən başlayaraq Gürcüstanda dörd müharibə baş verib. Buna görə də biz sülhün əsl dəyərini dərk edirik. 2022-ci il Gürcüstan üçün olduqca çətin il oldu, belə ki, ölkəmizin ikinci cəbhə olması ilə bağlı böyük maraq mövcud idi”, – İ.Kobaxidze söyləyib.

Gununsesi.info