Saakaşvilinin həkimi türməyə buraxılmadı

  • By admin
  • 11 Oktyabr 2021 22:14

Mixail Saakaşvilinin şəxsi həkimi Nikoloza Kipşidze türməyə buraxılmayıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə həkim özü mediaya açıqlamasında deyib.

O bildirib ki, təxminən 2 saat Saakaşvilinin saxlanıldığı Rustov türməsi №12-yə girmək üçün razılıq gözləyib, ancaq ona görüş verilməyib:

“Mənə bildirdilər ki, buraxılışımın vaxtı keçib və yeni ərizə yazmalıyam, bundan sonra onlar baxacaqlar ki, yeni buraxılış üçün icazə versinlər, ya yox. Mən bilmirəm bunun üçün nə qədər vaxt gedəcək”.

O, Saakaşvilinin səhhəti ilə bağlı məlumatsız olduğunu da vurğulayıb:

“Mən onun həkimi ilə söhbətləşməli və necə müalicə olunduğuna baxmalı idim”.

Qeyd edək ki, ötən gün Kipşidze Saakaşvilinin səhhətinin ağırlaşdığı, danışmaqda və gəzməkdə çətinlik çəkdiyini bildirmişdi. Onun bu vaxta qədər mediada açıqlanmayan qan xəstəliyi – talassemiyadan da əziyyət çəkdiyi bildirilmişdi.

Vəkili Nika Qvaramiya isə özünün icazəsi olmadan səhhəti ilə bağlı məlumatların ictimaiyyətə açıqlanmasından Saakaşvilinin əsəbiləşdiyini bildirib.

Gununsesi.info