Saakaşvilinin məhkəməsi təxirə salındı

  • By admin
  • 12 İyul 2022 09:55

Qonşu Gürcüstanın Tbilisi Şəhər Məhkəməsi ölkənin üçüncü prezidenti Mixail Saakaşvilinin külli miqdarda dövlət vəsaitinin israfçılığı işi üzrə prosesi yenidən təxirə salıb.

Gununsesi.info xəbər verir ki, Tbilisidə “Vivamedi” klinikasında müalicə olunan keçmiş dövlət başçısı sağlamlıq durumuna görə iclasda iştirak edə bilməyib.

Növbəti məhkəmə prosesi avqustun 1-nə təyin olunub.

Qeyd edək ki, adıçəkilən iş üzrə iyunun 15-də keçirilməli olan məhkəmə iyulun 11-nə təyin olunmuşdu. Mixail Saakaşvili həmin prosesdə də səhhəti ilə əlaqədar iştirak edə bilməyib.

Xatırladaq ki, M.Saakaşvili ötən il sentyabrın 28-də Gürcüstana gizli yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, Rustavi şəhərindəki 12 saylı həbsxanadan özəl klinikaya mayın 12-də köçürülüb.

Gununsesi.info