Saakaşvilinin növbəti məhkəməsinin vaxtı açıqlandı

  • By admin
  • 29 Noyabr 2021 18:40

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Qoridəki hərbi hospitaldan Tiflis şəhər məhkəməsinə gətirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Pirveli” telekanalı məlumat yayıb.

“Bu dəqiqələrdə Saakaşvilini şəhər məhkəməsinə gətirdilər. Dəqiq deyə bilərik ki, Saakaşvili xalq qarşısında çıxış edəcək”, – telekanaldan bildirilib.

Saakaşvilinin məhkəməsi saat 11:00-da başlayacaq.

***

Tiflis şəhər məhkəməsində keçmiş prezident Mixail Saakaşvilinin məhkəmə iclası başlayıb.

Saakaşvilinin vəkillərindən olan Beka Basiliya jurnalistlərə məhkəmə zalından çəkiliş etmələrinə icazə verilməsi üçün ərizə ilə müraciət edib.

Saakaşvilinin digər vəkili Şota Tutberidze də hakimin xəbərdarlığından sonra məhkəmə zalından canlı yayımı dayandırmalı olub.

***

Mixail Saakaşvilinin növbəti məhkəmə prosesinin vaxtı açıqlanıb.

Bu barədə hakimlər kollegiyası qərar qəbul edib.

Qərara əsasən, 7 noyabr hadisələri ilə bağlı məhkəmə prosesi 23 dekabr, saat 11:00-da keçiriləcək.

Gununsesi.info