Saakaşvilinin qaldığı mənzilin sahibi də həbs edildi

  • By admin
  • 02 Oktyabr 2021 15:39

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Tbilisidə qaldığı mənzilin sahibi həbs olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin kriminal polis rəisi Mamuka Çelidze bildirib.

O qeyd edib ki, Tbilisi Polis İdarəsi əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində 1958 -ci il təvəllüdlü mənzil sahibi bir cinayəti gizlətdiyinə görə saxlanılıb.

Qeyd edək ki, Saakaşvili Tbilisidə Qldani-Nadzaladevi rayonunda mənzillərin birində saxlanılıb.

Gununsesi.info