Saakaşvilinin səhhətilə bağlı həkimindən -Açıqlama

  • By admin
  • 22 Noyabr 2021 20:32

“Üçüncü kritik gün arxada qalıb, Gürcüstanın eks-prezidenti Saakaşvilinin vəziyyəti stabilləşib”.

Gununsesi.info gürcü mediasına istinadən xəbər verir ki, bunu Saakaşvilini müayinə edən endokrinoloq, həkimlər şurasının üzvü Elene Qiorqadze deyib.

“Bütün həkimlər və xəstənin də özü razıdır. Vəziyyəti stabildir. Exokardioqrafiyadan keçib, heç nə onu narahat etməsə də, göstəriciləri normaldır. Məlum oldu ki, zülal yavaş-yavaş tənzimlənməyə başlayıb və biz tədricən vitaminlərin dozasını azaldırıq”, – deyə Qiorqadze bildirib.

Onun sözlərinə görə, sabahdan müşahidənin yeni mərhələsi başlayacaq, bundan sonra kalori qəbulu genişləndiriləcək və qida rasionuna yeni məhsullar daxil ediləcək. Artıq gələn bazar ertəsi, üç həftə ərzində təqib edilməli olan yeni bir pəhriz təyin ediləcək. Qiorqadze söz verib ki, təyinat günü jurnalistlərə onun haqqında özü məlumat verəcək.

Müalicə prosesi başa çatdıqdan sonra Saakaşvili Rustavi həbsxanasına qaytarılacaq və iki cinayət işi üzrə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkməyə davam edəcək. Müddət onun bu il oktyabrın 1-də həbs edildiyi andan başlayır.

Gununsesi.info