Saakaşvilinin səhhəti yenidən pisləşdi

  • By admin
  • 07 İyul 2022 13:21

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuridzenin sözlərinə görə, Mixail Saakaşvilinin səhhəti yenidən pisləşib.

Gununsesi.info xəbər verir ki, o, bu barədə yerli mediaya açıqlamasında bildirib.

Vəkil qeyd edib ki, Mixail Saakaşvilinin səhhəti çox ağırdır, iki-üç gündür onun sifəti ölmüş adama bənzəyir.

“Doğrudan da vəziyyəti çox pisdir. Üzündə qara rəng, piqmentlər var, əlləri qırışıb, üzü iki-üç gündür ölmüş adamın sifətinə oxşayır. Çox ağır vəziyyətdir. Müalicəsinə gəlincə, ilk növbədə cəza təxirə salınmalıdır, sonra həkimlər onun harada müalicə olunacağına qərar verəcəklər. Məndə olan məlumata görə, Gürcüstanda belə xəstəliklər müalicə olunmur”, – deyə Şalva Xaçapuridze qeyd edib.

Gununsesi.info