Saakaşvilinin tərəfdarları çadır qurdular

Gürcüstanda müxalif “Vahid Milli Hərəkat”ın liderləri və tərəfdarları etiraz əlaməti olaraq Acarıstan Hökumət Evi yaxınlığında çadırlar qurublar. 

Gununsesi.info gürcü mediasına istinadla xəbər verir ki, onlar həbsdə olan eks-prezident Mixeil Saakaşvili müalicə üçün xaricə köçürülənə qədər etiraz aksiyasını çadırlarda davam etdirəcəklərini bildiriblər.

HTML tutorial

Etirazçılar qeyd ediblər ki, Saakaşvilinin sağlamlığı üçün sona qədər mübarizə aparacaqlar.

Gununsesi.info