
Odessanın sabiq qubernatoru Mixail Saakaşvili Polşadan Ukraynaya keçərkən sərhədçilərlə baş verən qarşıdurma zamanı bir çox sərhədçilər ciddi xəsarət alıb.
Gununsesi.info “unian”a istinadən xəbər verir ki, sərhədçilərə xəsarət yetirdiklərinə görə, Saakaşvilinin tərəfdarlarını 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Bu barədə Ukrayna dövlət sərhəd xidmətinin mətbuat katibi Oleq Slobodyan deyib. O, bildirib ki, Saakaşvilinin tərəfdarları sərhədçilərə xidməti vəzifəsi zamanı bədən xəsarətləri yetirdikləri üçün qanunvericiliyə əsasən onları ciddi cəza gözləyir.
Sərhədçilərlə qarşıdurma zamanı 10-dan artıq hüquq-mühafizə orqanı əməkdaşı müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Gununsesi.info












