Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları Ukrayna Ali Radası qarşısında mitinq keçirəcək.
“Report”un Ukrayna bürosunun məlumatına görə, mitinq Bakı vaxtı ilə saat 14:00 başlayacaq.
Hazırda parlament binasının qarşısında 100-ə yaxın adam toplaşıb. Onlar Ali Radanın qarşısındakı ərazidə çadır düşərgəsi quran aksiyaçılara qoşulub. Bildirilir ki, mitinq iştirakçılarının sayı artır.
M.Saakaşvilinin sədri olduğu “Ruxa novix sil” partiyasının nümayəndəsi İvan Slobodyanıkın sözlərinə görə, mitinq diplomatik korpus nümayəndələrinin marağına səbəb olub. Aksiyada Belçika səfiri da iştirak edəcək. Aksiyada ölkədəki vəziyyət, hərəkət planı və hakimiyyətlə dialoq müzakirə olunacaq.
Ərazi hüquq-mühafizə orqanları tərəfindən əhatəyə alınıb. Burada səyyar mətbəx fəaliyyət göstərir.
Xatırladaq ki, Hikmət Cavadovun başçılıq etdiyi “Ukraynadakı azərbaycanlıların birləşmiş diaspor”u M. Saakaşviliyə öz dəstəyini bildirib.
M. Saakaşvili mitinqə gəlib və çadır düşərgəsindəki etirazçılarla görüşüb. Mitinqdə 300-dək insanın iştirakı gözlənilir.
Gununsesi.info
Saakaşvilinin tərəfdarları Kiyevdə mitinq keçirəcək
- By admin
- 22 Oktyabr 2017 14:15
DİGƏR XƏBƏRLƏR
-
23 Aprel 2024 14:18
Çin Rusiyaya avadanlıq tədarükünü kəskin şəkildə azaldıb
-
23 Aprel 2024 14:08
Şimali Koreya ilk simulyasiya edilmiş nüvə atış təlimini keçirib
-
23 Aprel 2024 13:56
Ümid edirəm, Ermənistan düzgün yolu seçər
-
23 Aprel 2024 12:42
Moldovanı federasiyaya çevirmək mümkündür
-
23 Aprel 2024 12:30
Paşinyan:” KTMT bel bağlanası qurum deyil”
-
23 Aprel 2024 12:18
Daşınmaz əmlak qiymətləri bahalaşır
-
23 Aprel 2024 11:33
Erməni əsilli fransız jurnalist Ermənistana buraxılmayıb
-
23 Aprel 2024 11:22
Ermənistan DİN Bağanis-Voskepar yolunu bağladı
-
23 Aprel 2024 11:18
ABŞ-ın Ukraynaya yeni yardım paketinə nələr daxildir?
-
23 Aprel 2024 11:17
Qazaxın Ermənistanda qalan kəndinin rəhbəri istefa verdi
-
23 Aprel 2024 10:35
Rusiya Ukraynada daha 800 hərbçisini itirdi
-
22 Aprel 2024 22:16
Zelenski Baydenlə Ukraynaya hərbi yardımı müzakirə edib