Saakaşvilinin vətəndaşlıqdan çıxarılmasının səbəbi açıqlandı

  • By admin
  • 26 İyul 2017 21:50

saakasvili-dava
Ukrayna prezidenti Petr Poroşenko Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı fərman imzalayıb.

APA-nın məlumatına görə, bu barədə Ukrayna Miqrasiya Xidməti məlumat yayıb.

Miqrasiya Xidmətindən bildirilib ki, müvafiq qərar “Vətəndaşlıq haqqında” qanunun əsasında qəbul olunub. Məlumata əsasən, M.Saakaşvili vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərib.

M.Saakaşvili Ukrayna vətəndaşlığını alan zaman sənədləri doldurarkən Ukrayna və onun hüdudlarında istintaq altında olmadığını qeyd edib, lakin o zaman Gürcüstan ərazisində onun qiyabi həbsinə qərar verilmişdi.

Gununsesi.info