Saakaşvilinin xanımı Gürcüstan hakimiyyətini “yıxıb-sürüdü”

  • Müəllif: admin
  • 25 Oktyabr 2016 12:20
sarkasvili
“Milli Bilik hərəkatı” Partiyasından  mojaritar qaydada ölkədə keçirilən parlament seçkilərində namizədliyi irəli sürülən Gürcüstanın sabiq birinci xanımı Sandra Rulovs seçkilərin  ikinci turunda namizədliyini geri götürüb.
Gununsesi.info gürcü mediasına istinadən xəbər verir ki, mövcud qanunvericiliyə görə, S.Rulovs namizədliyini geri götürsə də, adı seçki bülletenin də qalacaq.
Namizədliyini geri götürən Sandra Rulovs seçicilərə ona göstərdiyi etimada görə  minnətdarlıq edərək bildirib ki,baxmayaraq seçkidə qalib gəldim. “Təəssüflər olsun ki,  bu qələbimizi  həm oktyabrən 8-də və dünən oğurladılar. Hamı bilir ki, mən birinci turda  qələbə çaldım. Ona görə də hesab edirəm ki,  ədalətsiz dırnaqarası demokratik seçkilər fonunda təhqirolunmuş halda  ikinci tura qatılmağın mənası yoxdu. Birincisi, ona görə ki,  Zuqdudidə çox pis oğru, kriminal şərait yaradılıb və hamıya təzyiq edilir. O baxımdan  bu insanlar üçün əlavə problem yaradılmasını arzulamıram və istəmirəm ki, onları alçaldaraq  gülsünlər. Bilirəm mən  qələbə çalmışam. Buna görə də Zuqdudi bələdiyyəsini dəstəkləyəcəyəm. Çünki bu mənim  vəzifəmdir”- deyə, S. Rulovs qeyd edib.
O həmçinin əlavə edib ki, saxtakarlıq təkcə Zuqdudidə deyil, bütövlükdə Gürcüstan ərazisində baş verib.
Gürcüstanda ikinci tur parlament seçkiləri oktyabrən 30-da keçiriləcək.
Gununsesi.info