

Saakaşvilinin xanımı Sandra Rulovs Gürcüstanda aktiv siyasətə dönür. O, oktybarda ölkədə keçiriləcək parlament seçkilərində sabiq prezident Mixail Saakaşvilin qurucusu olduğu “Milli Bilrik Hərəkatı” Partiyasından olan namizədlər siyahısına rəhbərlik edənlərdən biri olacaq.
Gununsesi.info “Milli Bilrik Hərəkatı” Partiyasının yaydığı məlumata istinadən xəbər verir ki, Sandra Rulovs təşkilatın proporsional seçki siyahısında ikinci yerdə qərarlaşıb. Partiyanın məlumatında o da bildirilir ki, S. Rulovs öz namizədliyini Gürcüstanın Zuqdudi seçki dairəsindən mojarotar qaydada irəli sürüb. Aktiv siyasətə dönən S. Rulovs seçkilərdə iştirakı ilə mövqeyini açıqlayarkən deyib ki, “Milli Birlik hərəkatı” Partiyası keçən seçkilərdə yol verdikləri bir sıra səhvlərə görə məğlubiyyətə uğrayıb: “Seçkilərdə iştirak etmək barədə qərar verməmişdən öncə, mən Mişadan (yəni-Mixail Saakaşvilinin-red.) soruşdum ki, seçkilərdə qalib gələcəyimiz təqdirdə, əvvəlki səhvlər təkrarlanmayacaq ki?… O isə cavabında bildirdi ki, yox. Olmayacaq.”
Mövcud hakimiyyətin siyasətini tənqid edən S. Rulovs deyib ki, ərinin hakimiyyətdən getdiyi dörd il müddətində Gürcüstanda heç bir iş görülməyib. “Hansı ki, bu müddətdə çox iş görə bilərdi. Bu gün Gürcüstanda bir durğunluq hökm sürsə də, mövcud hakimiyyətin bu vəziyyəti dəyişmək niyyəti yoxdur”-deyə. S. Rulovs vurğulayıb.
Gürcüstanda parlament seçkiləri oktaybrın 8-də baş tutacaq.
Seçkilərdə “Milli Birlik Hrəkatı” Partiyasının əsas rəqibi hakim “Gürcü arzusu” Partiyası hesab olunur.
Gununsesi.info