
Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin xüsusi təyinatlılarla mübahisəsini və onları təhqir etməsini əks etdirən video yayılıb. Gununsesi.info xəbər verir ki, bu barədə o özü rəsmi Facebook səhifəsində paylaşıb. Saakaşvili Gürcüstanın Ukraynadakı keçmiş baş konsulu Teymuraz Nişnianidzenin saxlanıldığı kabinetinə girməyə çalışarkən hüquq-mühafizə orqanlarının əməkdaşları ilə mübahisə yaşanıb.
Mer bildirib ki, o, UTX əməkdaşlarının axtarışı zamanı bağlı qapı arxasında qalan işçilərini xilas etmək üçün otağa girmək istəyib: “Biz əməkdaşlarımızı xilas etmək üçün qapını sındırdıq. Baş verənləri UTX-nin əməkdaşları özləri kameraya çəkdilər. Onları protokol otağında ac-susuz, kənar aləmlə ünsiyyətsiz, vəkilsiz saxlayırdılar”. (axar.az)
Mer bildirib ki, bu həbsi “Kiyevin oğruları” öz zibillərinin üstünü örtmək üçün sifariş veriblər.
Xatırladaq ki, Ukrayna Baş Prokurorluğunun müstəntiqləri UTX-nin əməkdaşları ilə birgə Gürcüstanın Ukraynadakı baş konsulluğunun səlahiyyətli əməkdaşlarının 2012-2013-cü illərdə həyata keçirdiyi qanunsuz ƏDV (əlavə dəyər vergisi) əməliyyatları faktı üzrə cinayət işi ilə bağlı axtarışlar aparır.