Saakaşvilinin yeni ailə qurduğu xanım Ukrayna hakimiyyətindən kömək istədi

  • By admin
  • 02 Oktyabr 2021 14:55

Ukrayna Ali Radasının deputatı və Mixail Saakaşvilinin yeni ailə qurduğu xanımı 31 yaşlı Liza Yasko ərinə hüquqi yardım göstərilməsi ilə bağlı Ukrayna hakimiyyətinə müraciət edib.

Gununsesi.info Gürcüstan mediasına istinadla xəbər verir ki, onun bununla bağlı açıqlaması feysbukda yayılıb.

“Öz dövləti uğrunda sevgi və mübarizə – bu, nəcib işidir! Və mən onun mübarizəsini dəstəkləyirəm. Mixail Saakaşvili Ukrayna vətəndaşıdır və biz vətəndaşımızı müdafiə etməliyik!”, – deyə o qeyd edib.

Parlament üzvünün müraciəti Ukrayna Prezidenti Vladimir Zelenskiyə və onun ofisinə, Xarici İşlər Nazirliyinin başçısı Dmitri Kulebaya, Baş nazir Denis Şmıqala, Ukraynanın Gürcüstandakı səfirliyinə və BMT-yə ünvanlanıb.

Qeyd edək ki, Gürcüstanın sabiq dövlət başçısı 1990-cı illərin ortalarından Sandra Rulofsla evli olub. Onların iki oğlu var. Cütlüyün boşanması barədə məlumatlar ictimailəşdirilməyib.

Gununsesi.info