Saakaşvilinin yeni il təbriki

  • By admin
  • 01 Yanvar 2022 19:05

“31 dekabr hamımızı birləşdirən fərqli bir gündür”.

Gununsesi.info xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili deyib.

Onun sözlərinə görə, bu, həbsxanada keçirəcəyi ilk yeni ildir, lakin nikbinliyini itirməməyə çalışır.

“Rustavi həbsxanasından hər birinizi salamlayıram, fiziki cəhətdən zəif, amma mənəvi cəhətdən güclü!

Vətənin azadlığı, xalqımızın ləyaqətli gələcəyi uğrunda mübarizə davam edir! Ancaq bu gün bu ilin bütün ağırlığını bir kənara qoymaq istəyirəm.

31 dekabr fərqli bir gündür. Hamımızı birləşdirən və böyük və kiçiki eyni dərəcədə sevdiyimiz bir gündür. O, yalnız ən yaxşı xatirələri və xoş arzuları canlandırır. Buna görə də hər kəsi fərq qoymadan təbrik etmək istərdim, çünki bu gün hər kəs üçündür – yeni il başlayır və dəyişmək, yaxşılaşdırmaq, xeyirxah olmaq üçün yeni bir şans yaranır! Köhnə il geridə qalır və pis olan hər şeyi keçmişdə buraxmaq şansı yaranır. Ölkəni daxildən və xaricdən məhv edən  düşmənliyi, çəkişməni, qarşıdurmanı keçmişdə buraxın.

Hamınızı təbrik edirəm, 2022-ci il şəxsən sizin üçün və vətənimiz üçün xoşbəxtlik gətirsin!

Bu, həbsxanada keçirəcəyim ilk yeni ildir, lakin nikbinliyimi itirməməyə və bunda da yaxşılıq dənəsi tapmağa çalışıram. Bəli, bu il birinci ildir ki, “Mtavari Arxi”nin Yeni il konsertinin ən gənc iştirakçısı Elis Maria Saakaşvili televiziya ekranından anası ilə bizi səhnədən salamlayacaq. Mənim ən sevimli qızım və ən kiçik uşağım. Mən xoşbəxtəm ki, belə bir fürsətim var və mənim Yeni ilim başqalarından həbsxana divarları ilə deyil, sevimli qızımın televiziya debütü ilə seçilir.

Və bir daha yeni ilinizi təbrik edirəm və hamınıza ən xoş arzularımı çatıdırıram. 2022-ci ildə biz mütləq hər şeyi dəyişməliyik ki, uşaqlarımız daha şən və xoşbəxt olsunlar!

Təbrik edirəm! Neçə belə illərə çıxasınız!”, – deyə Mixeil Saakaşvilinin Facebook səhifəsində yayılan bəyanatında deyilir.

Gununsesi.info