Saat qülləsi olan ev 15 milyon dollara satıldı - FOTOLAR

  • By admin
  • 01 Aprel 2017 13:53

ev-saat

Nyu-Yorkda əvvəllər saat qülləsi olan ev 15 milyon dollara satılıb.

Gununsesi.info “CNN Türk” telekanalına istinadla xəbər verir ki, içərisi evə çevrilən bina 7 ildir alıcı gözləyirdi.

Üç yataq otağı olan evin sahəsi 6813 kvadratmetrdir.

Evin digər mərtəbələrinə şüşə liftlərlə çıxmaq mümkündür. Möhtəşəm mənzərəyə malik ev 2010-cu ildə satışa çıxarılıb və ona 25 milyon dollar qiymət qoyulub.

Lakin alıcı olmadığı üçün 2013-cü ildə qiymət 18 milyon dollara endirilib.

ev-saar-2

Gununsesi.info