Qayda pozan jurnalistin videosu sosial şəbəkədə müzakirələrə səbəb olub.
Gununsesi.info-nun məlumatına əsasən, hadisə bir neçə gün əvvəl günorta saatlarında Bakı-Qazax yolunda baş verib. Videodan göründüyü kimi, 77-GA-060 dövlət nömrə nişanlı, “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü sürət həddini aşıb.
Hadisə şahidinin sözlərinə görə, o, maşını 160 km/saat sürətlə sürsə də xanım sürücüyə çata bilməyib.
Belə ki, avtomobili yüksək sürətlə idarə edən jurnalist digər nəqliyyat vasitələrini keçərək yoluna davam edib.
Qeyd edək ki, qayda pozan sürücü – Arifə Əliyeva saytlardan birində baş redaktor kimi fəaliyyət göstərir.