Saatlarla gur yağışın altında dizləri üstündə gözlədi – Dərdini öyrənənlər maraq etdilər / FOTOLAR

  • By admin
  • 17 Aprel 2023 19:21

Çində gur yağışa baxnayaraq bir nəfərin dizləri üstündə dayanması görənləri heyrətə salıb.

Gunsesi.info xarici mətbuata istinadən xəbər verir ki, gecə-gündüz demədən 21 saat yağış altında durub.

Adamın əlində olan buket görənlərin diqqətini çəkib.
Maraqlı baxışların tuşlandığı adamı polislər dizlərinin üstündən qaldırmaq istədikdə, olayın sirri açılıb. Fəqət polislərin bu həmləsi işə yaramayıb.

Yoldan keçən polis gənc adamı olayla bağlı bunları söyləyib: “Qız dostunun ondan bir neçə gün öncə ayrıldığını söyləyib. Ondan əfv diləmək istəyir”.

Məmurlar onu hərəkət etdirməyə çalışdıqda, adam onlara bu cür cavab verib: “Burada idz çökməyim qanunsuzdurmu? Deyilsə, lütfən, məni rahat buraxın”.

 

 

Diz çökən adam uzun müddət gözləsə də, qız dostu onun yanına gəlməyib.

Soyuqda və yağışda 21 saatlık aksiyasına dözə bilməyən adam bu fikrindən sonra vaz keçib.

 

    Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info