Saatlı şəhər sakininin evinə baxış zamanı oradan 7,36 qr marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilən 61 ədəd çətənə kolları aşkar edilərək götürülüb.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Faiq Rzayevin evinə baxış zamanı oradan 7,36 qram marixuana, həyətyanı sahəsinə baxış zamanı isə kultivasiya yolu ilə yetişdirilən 61 ədəd çətənə kolları aşkar edilərək götürülüb.
Anar
Gununsesi.info