Saatlı polis şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri çərçivəsində qanunsuz əkilən 40-dan çox çətənə kolu aşkar edilərək dövriyyədən çıxarılıb. Gununsesi.info xəbər verir ki, daxil olmuş məlumat əsasında Saatlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən növbəti dəfə əməliyyat tədbirləri keçirilib. Dadaş Əhmədovun aqrotexniki qaydada becərdiyi narkotik tərkibli çətənə kolları hal şahidlərinin iştirakı ilə kökündən çıxarılaraq aktlaşdırılıb. Digər əməliyyat tədbiri rayonun Fətəlikənd kəndində həyata keçirilib. Həmin kəndin sakini, 39 yaşlı, Rizvan Söhbətovun həyətyanı sahəsində olan istixanada xüsusi qaydada qulluq edilərək yetişdirilən 20 ədəd çətənə kolu aşkar edilib.
Saxlanılan hər iki şəxs törətdiyi cinayət əməllərini etiraf ediblər. Hər iki faktla bağlı Saatlı rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Gununsesi.info