Saatlıda 3 kəndin sakinlərini “Açıq mikrofon”a gətirən səbəb - FOTOLAR

  • By admin
  • 16 Noyabr 2022 18:54

“Səyyar qəbul otağı”nın bugünkü ünvanı Saatlı rayonu olub. Ümumilikdə 15 müraciətin səsləndiyi aksiyada ilk olaraq Salyan Regional qaz istismarı İdarəsinin rəisi Azər Musayev çıxış edərək sakinləri dinləməyə hazır olduqlarını bildirib.

Rəfiqə Əliyeva, Xədicə Əliyeva, Yetər Məmmədova və Elməddin Məmmədov Mollavazlı kəndinin qazlaşdırılmasını xahiş ediblər. Nərimankənd və Dəlilər kəndinin sakinləri Nazim Fərəcovla Ağabala Əvəzov da kəndlərinin mavi yanacaqla təmin edilməsini istəyiblər.

Hər bir müraciət SOCAR “Azəriqaz” İstəhsalat Birliyinin Salyan Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb. Bəzi müraciətlərin araşdırılmasına dair tapşırıqlar verilib.

Gununsesi.info