Saatlıda 3 otaqlı ev yanıb

  • By admin
  • 06 Aprel 2017 07:06

yangin

Saatlıda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Saatlı rayonu, Bəylik kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan birmərtəbəli, 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 55 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info