Saatlıda 4 otaqlı ev yanıb

  • By admin
  • 13 Mart 2017 08:06

ev_yandi

Saatlı rayonu, Mollavazlı kəndində yanğın hadisəsi baş verib.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 25 m2 sahədə yanab.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info