
Bu axşam Saatlı rayonu ərazisində baş verən ağır yol qəzasında ölənlərin şəxsiyyəti müəyyənləşib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu İmişli rayon sakinləri Əli Təşkilat oğlu və İsgəndərov Peymandır.
Faktla bağlı araşdırma davam etdirilir.
***
20:50
Saatlı rayonunda baş verən yol qəzasında 2 nəfər ölüb, daha 2-si yaralanıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Qaralar kəndində “Shaqman” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yük maşını kanala aşıb.
Hadisə yerinə FHN-nin xilasediciləri cəlb edilib. Faktla bağlı araşdırma davam etdirilir.
***
18:52
Saatlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qaralar kəndi ərazisində qeydə alınıb. “Shaqman” markalı yük avtomobili “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə 2 nəfər hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info