Saatlıda birmərtəbəli ev yandı

  • By admin
  • 07 Mart 2022 09:22

Saatlı rayonunda birmərtəbəli ev yanıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonunun Azadkənd kəndində ümumi sahəsi 117 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info