Saatlıda canavarlar kəndə hücum etdi VƏ… - FOTOLAR

Saatlıda canavarlar kəndə hücum edərək 14 baş xırdabuynuzlu heyvanı parçalayıb.

Hadisə bu gün səhər saat saatlarında rayonun Qaranuru kəndində qeydə alınıb.

Belə ki, bir neçə canavar kənd sakini İlham Şirəliyevə məxsus təsərrüfata hücum edib. Nəticədə 14 baş xırdabuynuzlu heyvan tələf olub, 8 baş heyvan isə yaralanıb.

Dərhal müvafiq qurumlara məlumat verilib. Əraziyə baytarlar dəvət edilib. Yaralı heyvanlara isə vaksin vurulub, ərazidə dezinfeksiya işləri aparılıb. (Report)

CANAVAR.jpg (216 KB)