Saatlıda daha bir yeraltı təkan qeydə alındı

  • By admin
  • 11 May 2017 11:50

zelzele

Saatlı rayonu ərazisində daha bir yeraltı təkan qeydə alınıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Gununsesi.info-ya verilən məlumata görə, zəlzələ saat 10.50-də baş verib.

Maqnitudası 3.3 olan, 46 km dərinlikdə baş verən yeraltı təkan hiss olunmayıb.

Qeyd edək ki, bu gün saat 07:24-də də Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb.

Yeraltı təkanın maqnitudası 5.3, dərinliyi 39 km olub.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.

Zəlzələ Kürdəmir, Şamaxı, Ağsu, Hacıqabul, Sabirabad, Füzulidə də hiss olunub.

Gununsesi.info