Saatlıda həbs edilənlərin kimliyi bilindi

  • By admin
  • 15 Mart 2023 10:30

Saatlı rayonunda su tələbi ilə keçirilən etiraz aksiyasının üç iştirakçısının inzibati qaydada həbs edildiyi bildirildi.

Gununsesi.info-nun araşdırması zamanı həmin şəxslərin kimliyi məlum olub. Beləki, kənd sakinləridən Anar Hüseynov 20, Şıxəli Məmmədov 12, Habil Xanlarov isə 15 sutka inzibati qaydada həbs edilib.

Məhkəmənin qərarına istinad kimi onların polisə tabe olmadığı göstərilib. Qeyd edək ki, dünən baş verən olay zamanı polis əhaliyə qarşı güc tətbiq edib. 3 nəfər rezin güllədən yaralanıb.

Gununsesi.info