
Saatlı rayonunun Əlisoltanlı kəndi ərazisində “Mercedes” markalı minik avtomobili yoldan çıxaraq aşıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, avtomobilin sürücüsü 1984-cü il təvəllüdlü Hüseynov Zabit Eldar oğlu hadisə yerində həyatını itirib.
Qəza nəticəsində xəsarət alan 3 sərnişin xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Gununsesi.info