Saatlıda minik maşını traktorla toqquşdu

  • By admin
  • 25 Aprel 2021 13:29

Saatlıda minik maşını traktorla toqquşub.

Gununsesi.info-nun məlumatına görə, hadisə Saatlı rayonunun Dədə Qorqud kəndində qeydə alınıb.

VAZ 2107 markalı avtomobil yolda hərəkətdə olan traktorla toqquşub. Nəticədə minik avtomobilində olan 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan və Saatlı xəstəxanalarına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info