Saatlıda ölümlə nəticələnən ağır yol qəzası baş verdi

  • By admin
  • 23 Noyabr 2016 14:39

qeza

Saatlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə,  hadisə ötən gecə rayonun Mustafabəyli kəndində qeydə alınıb. Saatlı rayon sakini, 1973-cü il təvəllüdlü Heydərov Elmir Rəşid oğlunun idarə etdiyi “VAZ” markalı avtomobil yoldan çıxaraq aşıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Saatlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info