
Vətəndaşlardan müvafiq sənədləri olmayan silahlar müsadirə olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qırağlı kənd sakini İlqar Nuruşovdan müvafiq sənədləri olmayan “TOZ-63” markalı tüfəng götürülüb.
Eyni zamanda Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məmişlər kənd sakini Mahir Həsənovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng götürülüb.
Anar
Gununsesi.info