Saatlıda polislə yerli əhali toqquşub - DİN-dən GÜLLƏ İDDİALARINA CAVAB

  • By admin
  • 13 Mart 2023 19:31

Saatlının kəndlərində içməli su tələbi ilə yerli sakinlərin keçirdiyi aksiya polis qüvvələrinin müdaxiləsi ilə üzləşib.

Gununsesi.info-nun xəbərinə görə, yaranan qarşıdurmada xəsarət alanlar olub.
Sosial şəbəkələrdə yayılan fotolarda bir neçə nəfərin bədənindəki qanlı xəsarət izləri görünüb.

İddia olunur ki, polis kənd sakinlərinə  güllə atıb.

DİN-nin şöbə rəisi Elşad Hacıyev isə bu iddianı təkzib edib:
“Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakininin polis əməkdaşlarına tabesizlik göstərmələri və bu zaman polisin odlu silah tətbiq etməsi ilə bağlı yayılan iddialar tamamilə əsassızdır, həqiqəti əks etdirmir.


Polisin qanuni tələblərinə əməl etməyən şəxslərə qarşı qanunvericiliyə uyğun olaraq yalnız xüsusi vasitələr tətbiq edilib”.

Günel
Gununsesi.info