Bu gün səhər saatlarında Saatlıda yenidən su tələbi ilə bir qrup insan aksiya keçirib.
Gununsesi.info-nun xəbərinə görə, bu dəfə rayonun Çolpı kəndinin sakinləri su verilməsi tələbi ilə bir neçə kəndin birləşdiyi küçəyə toplaşıb.
Sakinlər bildirib ki, 10 gün əvvəl qonşu kəndlərin sakinlərinin etirazından sonra su probleminin həll olunacağına dair vədlər alsallar da hələlik, problem tam həll edilməyib.
Onlar iddia edib ki,
Aksiya iştirakçıları bildirib ki, əkinlərini suvara bilmirlər, suyu pulla alırlar: “Qonşu kəndlərə su gəlir, bizim suyumuz isə məmurlara gedir”.
Onlar dövlət orqanlarının onların qarşısına çıxmadığını və problemlə ciddi şəkildə maraqlanmadıqlarını iddia ediblər.
Aksiyaya polis müdaxiləsi olmayıb. Orada səslənən fikrilərə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırladaq ki, martın 13-də Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakininin digər kəndlərinin sakinləri su tələbi ilə aksiya keçirib.
Həmin zaman polisin hədsiz gücü ilə qarşılaşan sakinlər arasında xəsarət alanlar olub.
Elmar
Gununsesi.info