Saatlıda zəlzələ olub

  • By admin
  • 10 İyul 2017 18:25

zelzele

İyulun 10-da Saatlı rayonu ərazisində 3.6 bal gücündə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Gununsesi.info-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:33:34-də qeydə alınıb.

Episentri 45 km dərinlikdə yerləşən zəlzələ ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Gununsesi.info